Zirvəyə aparan ağrılı yol: Hemilton hər şeyi açıqladı

İdman

14.04.2026 13:22

Yeddiqat dünya çempionu, “Formula-1” pilotu Lyuis Hemilton uşaqlıq illərində qarşılaşdığı çətinliklərdən danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Formula-1”in rəsmi saytı məlumat yayıb. 

Hazırda “Ferrari” komandasının şərəfini qoruyan britaniyalı pilot bildirib ki, uğur hər zaman göründüyü kimi olmur:

“Uğur həmişə göründüyü kimi deyil. Zirvədə olmaq bəzən tənha hiss etdirir, xüsusilə də sən birincisənsə. Uğur ailə, komanda və yaxın insanlarla bölüşülməzsə, onun heç bir mənası yoxdur.

Mənə ən çox təsir edən anlar mühitlə bağlı olub. Döyülmələr, dava-dalaşlar, təhqirlər, alçaldılmalar… İnsanlar mənə öz ölkəmə qayıtmağımı deyirdilər… Mən bütün bunları içimdə saxlayıram”, – deyə Hemilton bildirib.

Namiq HUN

TodayPress TV

tag: Formula-1,Lyuis Hemilton,Pilot,Yarış,Todaypress.tv,