“Zirə” Mehdi Mişahşahı transfer etdi - FOTO
"Zirə" müdafiəçi Mehdi Mişahşahı transfer edib.
TodayPress TV-yə bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Futbolçu "Zirə" ilə 3 illik müqavilə imzalayıb.
Mərakeşli oyunçu son olaraq ölkəsində "Raja Kasablanka" klubunda çıxış edib.
22 yaşlı Mehdi Mişahşah "Raja Kasablanka"dan əvvəl Mərakeşin "Kentira" klubunda forma geyinib.
