Tarixi çempionluğa bir addım qalıb: Andrea Kimi Antonellidən səmimi etiraf!
“Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli “Formula-1”də yaxınlaşan ilk çempionluq titulu və ABŞ Qran-prisi öncəsi fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
Gənc sürücü hədəfin artıq əlçatan olduğunu qeyd edib:
“Şübhəsiz ki, özümə xəyal qurmağa icazə verirəm, eyni zamanda başa düşürəm ki, hədəf artıq çox yaxındır. Bilirəm ki, o, əldə ediləndir, lakin öz maksimumumu göstərməyə davam etməliyəm. Mənim əhval-ruhiyyəm həmişə olduğu kimi qalır: trassa çıxıb qələbə qazanmaq və bacardığım ən yaxşı şəkildə çıxış etmək”.
Antonelli, Sinqapurdakı son çıxışından tam razı qalmadığını, lakin bir həftəlik fasilənin ona yenidən yarışa köklənməyə kömək etdiyini vurğulayıb. Ostinə qayıtmağı səbirsizliklə gözlədiyini diqqətə çatdıran pilot əlavə edib:
“Əgər işimi yaxşı yerinə yetirməsəm, nəticə olmayacaq. Buna görə də istədiyimə nail olmaq üçün yaxşı çıxış etməliyəm. Hər şey sadədir”.
Namiq HUN