Ukrayna cəbhəsində "Starlink"in fəaliyyəti bərpa olundu

Ukrayna cəbhəsində "Starlink"in fəaliyyəti bərpa olundu
15.10.2026 14:00 Dünya

Ukraynada "Starlink"in hərbi rabitə sistemi "Starshield"in fəaliyyətində yaranan məhdudiyyətlərin aradan qalxdığı bildirilir.

TodayPress TV xəbər verir ki, "RBC-Ukraine" nəşrinin Müdafiə Nazirliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, sistem oktyabrın 15-dən etibarən yenidən işləməyə başlayıb.

Mənbələrin məlumatına əsasən, hərbi hissələrdən gələn xəbərlər rabitənin bərpa olunduğunu təsdiqləyir. Bununla yanaşı, Ukrayna Müdafiə Nazirliyi əvvəlki gün tətbiq edilən məhdudiyyətlərin səbəblərini və şərtlərini araşdırmaq üçün müvafiq tərəflərlə əlaqələri davam etdirir.

Ukrayna müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko daha əvvəl oktyabrın 14-nə keçən gecə ölkədə "Starlink" terminallarının fəaliyyətində problemlər yarandığını bildirmişdi. Onun sözlərinə görə, saatda 160 kilometrdən yüksək sürətlə hərəkət zamanı rabitə kəsilməyə başlayıb və bu, Ukrayna Silahlı Qüvvələrinin bəzi mühüm əməliyyatlarına mane olub.

"CNN"in Ukrayna ordusundakı mənbəyə istinadən yaydığı məlumata görə, məhdudiyyətlər cəbhə bölgələrində aviasiya, logistika, rabitə və kəşfiyyat fəaliyyətlərinə təsir göstərib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər