Zəfər Əliyev ermənistanlı rəqibini məğlub edərək yarımfinala çıxdı

Zəfər Əliyev ermənistanlı rəqibini məğlub edərək yarımfinala çıxdı
09.03.2026 15:54 İdman

Serbiyada güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

TodayPress TV Güləş Federasiyasına istinadən xəbər verir ki, 97 kq çəki dərəcəsində yarışan Zəfər Əliyev ermənistanlı Qurqen Simonyanı 6:2 hesabı ilə məğlub edərək Zrenyanin turnirinin yarımfinalına yüksəlib.

57 kq-da yarışan Vasif Bağırov isə fransalı Rasul Qalburayevə qalib gələrək yarımfinala adını yazdırıb. 

65 kq çəki dərəcəsində mübarizə aparan Musa Ağayev 1/4 finalda belaruslu Maqomedxan Maqomedxanova məğlub olaraq yarışı dayandırıb.

70 kq-da Ramik Heybətov polşalı Daniel Kulçinskiyə qalib gələrək adını 1/4 finala yazdırıb.

79 kq çəki dərəcəsində yarışan Səbuhi Əmiraslanov isə belaruslu Aleksandr Viarbitskini yenərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər