Tramp seçki günü gəlməmiş səs verir

Tramp seçki günü gəlməmiş səs verir
23.10.2026 20:53 Dünya

ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərində oktyabrın 24-də Florida ştatında erkən səs vermək niyyətində olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Tramp oktyabrın 23-ü Floridaya yola düşəcək.

“Düşünürəm ki, sabah səs verəcəyik. Düşünürəm ki, sabah Floridada səs verəcəyik”, – deyə Vaşinqton administrasiyasının rəhbəri özü və həyat yoldaşı Melaniyanı nəzərdə tutaraq bildirib.

Qeyd edək ki, ABŞ-də aralıq seçkiləri noyabrın 3-də keçiriləcək, lakin seçkilərdə həm şəxsən, həm də poçt vasitəsilə erkən səs vermək mümkündür. Tramp bunu məhz hansı üsulla edəcəyini dəqiqləşdirməyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər