Zədə geridə qaldı! İsak Hacar Bakı trekində şou göstərməyə hazırdır!
“Red Bull” komandasının fransalı pilotu İsak Hacar bilək zədəsini bərpa edərək Azərbaycan Qran-prisində yenidən sükan arxasına keçəcək.
TodayPress TV xəbər verir ki, bunu komandanın rəhbərliyi rəsmi bəyan edib.
Hacar, bərpa dövründə son üç yarışı (Zandvoort, Montsa və Madrid mərhələlərini) buraxmaq məcburiyyətində qalmışdı. Həmin yarışlarda fransalı pilotu Liam Louson əvəzləyirdi.
“Red Bull” rəhbərliyi İsakın Bakıdakı şəhər trekində komandaya qoşulmasından məmnunluğunu bildirib və əvəzedici kimi çıxış edən Liam Lousona göstərdiyi peşəkarlığa və əməyə görə təşəkkür edib. Louson bundan sonra yenidən “Racing Bulls” komandasında fəaliyyətini davam etdirəcək.
Namiq HUN