Yuy Czıdi Çin Oyunlarında Asiya rekorduna imza atdı

Yuy Czıdi Çin Oyunlarında Asiya rekorduna imza atdı
12.11.2025 17:56 İdman

13 yaşlı çinli üzgüçü Yuy Czıdi Çin Milli Oyunlarında 200 metr kompleks üzgüçülük növündə yeni Asiya rekordu müəyyən edib.

TodayPress TV xəbər verir ki, yeniyetmə üzgüçü məsafəni 2 dəqiqə 7,41 saniyəyə qət edərək əvvəlki rekordu yeniləyib. 

Həmin göstərici 2012-ci ildə London Yay Olimpiya Oyunlarında digər çinli üzgüçü Ye Şiven tərəfindən (2:07,57) müəyyən edilmişdi.

Hazırda bu məsafə üzrə dünya rekordu 2025-ci ilin iyun ayında kanadalı Sammer Makintoş tərəfindən müəyyən edilib — 2:05,07.

Yuy Czıdi 2025-ci ildə Sinqapurda keçirilən dünya çempionatının bürünc mükafatçısıdır və böyüklər arasında dünya çempionatında mükafat qazanan ən gənc üzgüçü sayılır.

Çin Milli Oyunları Şençjendə keçirilir.

Namiq HUN

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər