"Yuventus"un yeni baş məşqçisi açıqlandı

"Yuventus"un yeni baş məşqçisi açıqlandı
31.10.2025 01:33 İdman

Luçano Spaletti İtaliya təmsilçisi "Yuventus"un baş məşqçisi təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

66 yaşlı mütəxəssislə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

O, oktyabrın 27-də istefaya göndərilən İqor Tudoru əvəzləyib.

Qeyd edək ki, Spalletti son olaraq İtaliya millisini çalışdırıb. O, 2023-2025-ci illərdə yığmaya rəhbərlik edib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər