“Yuventus” Yıldızı itirə bilər
"Yuventus" klubunun türkiyəli futbolçusu Kenan Yıldız “qoca sinyora”dan ayrıla bilər.
TodayPress TV “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, Türin təmsilçisinin gənc hücumçu ilə danışıqları baş tutmayıb.
“Yuventus” 20yaşlı futbolçu ilə 2030-cu ilin yayınadək müqavilə imzalamaq istəyir. 2023-cü ildən əsas komandada oynayan Kenan yeni anlaşmanı qəbul etməyib. Problem maliyyə baxımdan fikir ayrılıqlarındadır.
Türkiyə millisinin üzvü Avropanın “Çelsi”, “Real Madrid” və “Arsenal” kimi nəhəng klublarının da maraq dairəsindədir.
Namiq HUN