Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
Məşhur almaniyalı mütəxəssis Yurgen Klopp 2026-cı il dünya çempionatının Meksika və Cənubi Afrika yığmaları arasında baş tutan açılış matçını şərh edib.
TodayPress TV "Actu Foot" nəşrinə istinadən xəbər verir ki, meksikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşma təcrübəli baş məşqçidə heç də yaxşı təəssürat yaratmayıb.
Kloppun sözlərinə görə, bu görüşü yüksək səviyyəli oyun adlandırmaq olduqca çətindir:
"Bərbad taktika seçilmişdi. Heç bir komanda yaxşı oynamadı. Meksika rəqibinə qarşı çoxluq təşkil edəndə belə oyun əks-hücumlar üzərinə keçdi. Niyə? Çünki Cənubi Afrika müdafiəçiləri çox geriyə çəkilmişdilər. Bu vəziyyət demək olar ki, mütəmadi hal almışdı. Mən bu görüşü yüksək səviyyəli matç adlandıra bilmərəm".