“Yunayted”in milyonluq transferi klubdan ayrıldı
“Mançester Yunayted” klubu vinger Ceydon Sanço ilə yollarını ayırdığını rəsmən elan edib.
TodayPress TV xəbər verir ki, ingiltərəli futbolçu komandanı azad agent statusunda tərk edib.
Sanço 2021-ci ildə “Borussiya Dortmund” klubundan “qırmızı şeytanlar”a transfer olunmuşdu. Həmin dövrdə transferin məbləğinin 85 milyon avro olduğu bildirilirdi.
Son illərdə futbolçu əsasən icarə əsasında digər klublarda çıxış edib. O, müxtəlif dövrlərdə “Çelsi”, “Borussiya Dortmund” və son olaraq “Aston Villa” formalarını geyinib.
2025/2026 mövsümündə “Aston Villa”nın heyətində 39 oyuna çıxan Sanço 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda futbolçunun bazar dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.
Namiq HUN
Mançester Yunayted
Ceydon Sanço
Borussiya Dortmund
qırmızı şeytanlar
Çelsi
Aston Villa
Todaypress.tv
Namiq HUN