Yeniyetmələr arasında Avropa Kubokuna start verildi

Yeniyetmələr arasında Avropa Kubokuna start verildi
08.03.2026 13:25 İdman

Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.

TodayPress TV xəbər verir ki, ilk yarış günündə milli komandamızın bir üzvü fəxri kürsüyə qalxıb.

48 kq çəki dərəcəsində tatamiyə çıxan Könül Eyvazlı üçüncü yeri tutub. O, həlledici görüşdə yerli idmançı Büşra Ceylin Çoşkuna qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, turnirdə 21 ölkədən 550 cüdoçu qüvvəsini sınayır.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər