Yeniyetmə taekvondoçuların Afina uğuru

İdman

10.11.2025 12:25

Yeniyetmələr arasında Yunanıstanda taekvondo üzrə Avropa çempionatı başa çatıb. 

TodayPress TV xəbər verir ki, taekvondoçularımızın qitə yarışından qazancı 5 qızıl, 5 gümüş və 5 bürünc medal olub.  

Afina turnirinin baş mükafatını komandamıza Əhməd Mürvətov, Əsma Abdullazadə (hər ikisi 27 kq), Fidan Qafarova, Rizvan Abdullayev (hər ikisi 30 kq) və Cahid İsmayılzadə (52 kq) qazandırıb. 

Taekvondoçularımızdan Ayşən Abuzərova (27 kq), Ümid Şahbazov (36 kq), Sübhan Rzayev (40 kq), Fateh Sultanlı (44 kq) və Hüseyn İsmayılov (52 kq) isə yalnız finalda uduzaraq çempionatın gümüş medalları ilə kifayətləniblər. 

Milli üzvlərindən Vidadi Məmmədli, Rüqəyya Əliyeva (hər ikisi 27 kq), Aydan Hüseyinova (30 kq), Aysu Qəribli (44 kq) və Günəş Əzimzadə (52 kq) öz çəkilərində ilk üçlüyü tamamlayıblar. 

Qeyd edək ki, ümumi hesabda Azərbaycan komandası birinci yeri tutub. 

Namiq HUN

TodayPress TV 

tag: Yeniyetmə,Yunanıstan,Taekvondo,Çempionat,Todaypress.tv,