Yenidən “Real Madrid”in baş məşqçisi oldu

Yenidən “Real Madrid”in baş məşqçisi oldu
11.06.2026 23:40 İdman

Portuqaliyalı mütəxəssis Joze Mourinyo İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Florentino Peresin sədrliyi ilə keçirilən direktorlar şurasının iclasında Mourinyonun əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması barədə qərar qəbul edilib. Tərəflər arasında 2029-cu il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.

Məlumata görə, portuqaliyalı çalışdırıcı komandanın mövsümöncəsi hazırlıqlara başlayacağı 13 iyul tarixində vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Joze Mourinyo daha əvvəl 2010–2013-cü illərdə də Madrid təmsilçisini çalışdırıb. Onun rəhbərliyi altında “Real Madrid” İspaniya çempionu olub və ölkə kubokunu qazanıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər