Yeni Varqas ssenarisi? Markova Türkiyə yolunda!
İdman
06.05.2026 13:45
25 yaşlı rusiyalı voleybolçu Marina Markova Türkiyə millisində çıxış etmək təklifi alıb.
TodayPress TV “TRT Spor”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Ustundağ açıqlama verib.
O bildirib:
“Markova Türkiyəyə gəldiyi gündən etibarən hər gün özünü inkişaf etdirir. O, çıxış etdiyi bütün klublara fayda verib. Ola bilər ki, hələ Türkiyə vətəndaşlığı yoxdur, amma hər mənada türkdür. Əgər istəsə, qapılarımız onun üçün hər zaman açıqdır. Bildiyimə görə, onun”‘VakifBank”la müqaviləsi 2030-cu ilə qədərdir. Əgər o, Melissa Varqas kimi milliyə qoşulsa, komandada yeri olacaq.”
Hazırda İstanbulun “VakifBank” klubunda çıxış edən hücumçuya vətəndaşlığını dəyişmək və Türkiyə yığma komandasında oynamaq təklif olunub.
Namiq HUN
tag: Marina Markova,Mehmet Akif Ustundağ,Voleybol ,Türkiyə,Todaypress.tv,
