Yelkənçilərimiz nüfuzlu mundialda qüvvələrini sınayacaqlar!
Azərbaycanlı yelkənçilər Dünya Çempionatında mübarizə aparacaqlar.
TodayPress TV xəbər verir ki, Mərakeşin Tanjer şəhərində gənc yelkənçilər arasında Dünya Çempionatı keçiriləcək.
18–28 iyun tarixlərində təşkil olunacaq nüfuzlu yarışda Azərbaycanı beş idmançı təmsil edəcək.
Milli komandanın heyətində Amira Bayramova, Furkan Mustafayev, Səma Mansurzadə, Kamal Bəşirli və Emel Məmmədli yer alıblar.
Optimist sinfi üzrə keçiriləcək yarış gənc yelkənçilər üçün ən mötəbər beynəlxalq turnirlərdən biri hesab olunur. Azərbaycan təmsilçiləri də dünya səviyyəli rəqiblərlə mübarizədə ölkəmizi layiqincə təmsil etməyə çalışacaqlar.
Namiq HUN