Yaş yeni başlanğıclara maneə deyil

İdman

12.11.2025 11:46

“Qarabağ” klubunun hücumçusu Nəriman Axundzadə Avropadan təkliflər alıb. 

TodayPress TV xəbər verir ki, məlumatda dəvətin İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A seriyası, Almaniya Bundesliqası və Fransa Liqa-1-də çıxış edən klublar tərəfindən olduğu bildirilib.

"Qarabağ" klubunun rəhbərliyi Nəriman Axundzadənin transfer qiymətinin ən aşağı həddini müəyyən edib. Nərimanı heyətinə qatmaq istəyən klub 2,5 milyon avro ödəməli olacaq. “Köhlən atlar” futbolçu üçün transfer danışıqlarına minimum məbləği ödəməyə razı olan klubla başlayacaq. 

Düşünürəm, çempionumuzun forvardına yaraşan məbləğdir.  Bu məbləğə razılaşsalar, klub üçün qazanc olacaq. 

Ən əsası odur ki, gedəndən sonar axsamasın. Bizimkilərin əsas problemi fiziki göstəricilərinin zəif olmasıdır. Bu səbəbdən gedən sonradan geri dönür.  

Keçid nə qədər tez baş tutsa, Nəriman üçün faydalı olar. Axundzadə potensiallı futbolçudur. Sadəcə meydanda özünü çox itirir. Ancaq dağıdıcı oyuna malikdir. Orda onu lazımi qaydada bəsləyəcəklər. Hər halda “Qarabağ”ın oyununa nəzər yetirib, gənc forvardına sahib çıxmaq qərarına gəliblər. Təki tezliklə yolu açılsın getsin. 

Çox keçməz Nərimanın futbolumuza töhfəsinin şahidi olarıq. Uğurlar olsun. Yaxşı yol.  

Qeyd edək ki, Nəriman Axundzadənin 21 yaşı var. Hücumçu “Qarabağ”ın heyətində meydana  çıxdığı 40 oyunda 12 qol vurub. Klubla müqaviləsi 2028-ci ilin yayında bitəcək.

Futbolçunun nüfuzlu transfermarkt portalında transfer qiyməti 2 milyon avro dəyərləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Qarabağ,Nəriman Axunzadə,Avropa,Təklif,Todaypress.tv,