Yaş sadəcə rəqəmdir: Oveçkin bütün mövsümü fəth etdi!

Yaş sadəcə rəqəmdir: Oveçkin bütün mövsümü fəth etdi!
15.04.2026 09:35 İdman

Aleksandr Oveçkin NHL tarixində növbəti əlamətdar nailiyyətə imza atıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Vaşinqton Kepitals”ın mətbuat xidməti məlumat yayıb. 

Rusiyalı hücumçu 40 yaş və üzəri oyunçular arasında 82 oyundan ibarət müntəzəm mövsümün bütün matçlarında iştirak edən cəmi beşinci xokkeyçi olub.

Mövsümün son qarşılaşmasında Vaşinqton təmsilçisi “Kolambus Blyu Cekets” üzərində 2:1 hesablı qələbə qazanıb. Oveçkin bu oyunda məhsuldar ötürmə ilə yadda qalıb və görüşün üçüncü ulduzu seçilib.

Cari mövsüm 40 yaşlı hücumçunun statistikası:

32 qol 

32 assist 

82 oyun (hamısında iştirak) 

Bundan əvvəl bu uğura yalnız aşağıdakı əfsanəvi xokkeyçilər nail olmuşdu:

Yaromir Yaqr (iki dəfə) 

Niklas Lidström 

Teemu Selyanne 

Deyv Andreyçuk 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər