“Xüsusi biri” “Real” üçün transfer planını hazırladı
“Real Madrid” klubunun baş məşqçi postuna əsas namizədlərdən olan Joze Mourinyo komandanın gücləndirilməsi ilə bağlı rəhbərliyə hesabat təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, portuqaliyalı mütəxəssis ilkin mərhələdə bir və ya iki mərkəz müdafiəçisinin, həmçinin sağ cinah müdafiəçisinin transferini vacib sayır. Mourinyo daha sonra sol cinah müdafiəçisi transferinin də həyata keçirilməsini istəyir.
Bundan əlavə, məşqçi yaradıcı yarımmüdafiəçi və Orelyenu Тçuамеniyə rəqabət yaradacaq dayaq yarımmüdafiəçisinin heyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Bununla belə, Mourinyo “Real Madrid”də görmək istədiyi konkret futbolçuların adlarını açıqlamayıb.
Qeyd edək ki, Joze Mourinyo 2010–2013-cü illərdə də “kral klubu”nun baş məşqçisi olub. O, daha sonra “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem”, “Roma”, “Fənərbağça” və “Benfika”da çalışıb.
Namiq HUN