Xulian Alvares üçün transfer savaşı başlayır
“Madrid Atletiko”sunun hücumçusu Xulian Alvares yay transfer dönəmində klubunu dəyişə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, argentinalı forvardın 2030-cu ilə qədər qüvvədə olan müqaviləsinə baxmayaraq, Madrid təmsilçisi ilə yeni sözləşmə üzrə konkret danışıqları hələ başlamayıb.
Futbolçu ilə “Pari Sen-Jermen”, “Barselona” və İngiltərə Premyer Liqasının bir neçə klubunun maraqlandığı bildirilir.
Qeyd olunur ki, ciddi təkliflər daxil olacağı təqdirdə “Atletiko Madrid” üçün oyunçunu heyətdə saxlamaq asan olmayacaq.
Xatırladaq ki, Xulian Alvares 2024-cü ilin yayında “Mançester Siti” klubundan Madrid təmsilçisinə transfer olunub. Hücumçu cari mövsümdə keçirdiyi 49 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.
Namiq HUN