“Ximki”nin keçmiş investoruna futbol tarixində ağır cəza

“Ximki”nin keçmiş investoruna futbol tarixində ağır cəza
05.03.2026 15:55 İdman

FIFA Moskva vilayətinin “Ximki” klubunun sabiq investoru Tufan Sadıqovu futbol fəaliyyətindən ömürlük uzaqlaşdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist İvan Karpov öz teleqram kanalında məlumat yayıb

Mənbənin bildirdiyinə görə, qərar Rusiya Futbol İttifaqının sorğusu əsasında qəbul olunub və funksionerə bütün dünyada futbol fəaliyyəti ilə məşğul olmaq ömürlük qadağan edilib.

Qeyd olunur ki, Sadıqov biznesmen və “Ximki” klubunun keçmiş investorudur. O, klubda formal olaraq heç bir rəsmi vəzifə tutmayıb.

Xatırladaq ki, 2023-cü ilin mayında Sadıqov açıqlamasında “Ximki”nin illik büdcəsinin təxminən 1,5 milyard rubl olduğunu və bunun növbəti beş il üçün planlaşdırıldığını bildirmişdi.

Lakin 18 iyun 2025-ci il tarixində “Ximki” klubu rəsmi şəkildə müflis elan olunub və fəaliyyətini dayandırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər