Xavidən sərt qərar: “Barselona”ya qayıdış məsələsi bağlandı

İdman

09.03.2026 10:28

“Barselona” klubunun keçmiş baş məşqçisi Xavi Hernandez Kataloniya təmsilçisinə gələcəkdə mümkün qayıdışı ilə bağlı yayılan suallara aydınlıq gətirib.

TodayPress TV xəbər verir ki, bu barədə “La Vanguardia” nəşri məlumat yayıb. 

İspaniyalı mütəxəssis “Barselona”ya yenidən baş məşqçi kimi qayıtmaq niyyətində olmadığını bildirib.

“Mənim “Barselona”dakı məşqçi kimi hekayəm hazırda bitib. Mən qayıtmayacağam”, – deyə Xavi vurğulayıb.

Xatırladaq ki, Xavi “Barselona”nın baş məşqçisi kimi 2021–2024-cü illərdə çalışıb. Bu müddətdə o, komanda ilə İspaniya çempionluğunu və ölkə Superkubokunu qazanıb.

Hazırda işsiz olan mütəxəssisin adı son günlər Mərakeş yığma komandası ilə də hallandırılır.

Qeyd edək ki, Xavi “Barselona”ya gəlməzdən əvvəl Qətərin “Əl Sədd” klubunda baş məşqçi kimi fəaliyyət göstərib.

Namiq HUN

TodayPress TV

tag: Xavi Hernandez,Barselona,Klub,Baş məşqçi,Todaypress.tv,