Xavi: Messinin “Barselona”ya dönüşü hazır idi, amma Laporta mane oldu

İdman

09.03.2026 09:51

“Barselona”nın keçmiş baş məşqçisi Xavi Hernandez argentinalı ulduz Lionel Messinin kluba qayıdışının niyə baş tutmadığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “La Vanguardia” nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, 2022-ci il dünya çempionatından sonra Messi ilə “Barselona”nın yenidən birləşməsi faktiki olaraq razılaşdırılmış məsələ idi.

Xavi bildirib ki, futbolçu kluba qayıtmaq istəyirdi və hətta La Liga rəhbərliyindən də icazə alınmışdı. Lakin son anda klub prezidenti Laporta transferi dayandırıb.

Xavinin sözlərinə görə, Laporta ona belə izah verib:

“Messi qayıtsa, klubda maaş müharibəsi başlayacaq və biz buna icazə verə bilmərik”.

İspaniyalı mütəxəssis əlavə edib ki, Messinin “Barselona”ya qayıtmamasının səbəbi maliyyə qaydaları və ya futbolçunun atasının tələbləri deyil:

“Messi sadəcə ona görə “Barselona”ya qayıtmayacaq ki, Laporta bunu istəmir”.

Namiq HUN

TodayPress TV

tag: Xavi Hernandez ,Messi,Barselona,Transfer,Todaypress.tv,