Xavi “Barsa”dakı qərar mexanizmini izah etdi
İdman
09.03.2026 13:00
“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandez klubda əsl qərar verən şəxsi açıqlayıb və öz gedişinin səbəblərini izah edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “La Vanguardia” nəşrinə danışıb.
Xavi bildirib ki, “Barselona” prezidentliyinə namizəd Joan Laportanın keçmiş qaynı və müşaviri Alexandro Eçevarriya faktiki olaraq klubun idarəsini həyata keçirirmiş:
“Alexandro demək olar ki, klubu idarə edirdi. Mən onunla yaxın və dost münasibətləri saxlayırdım, amma nəticədə məni tamamilə yanıltdı. Yanvar ayında onlara dedim ki, klub və özüm üçün komanda ilə qalmayacağam. O aylar ərzində mən Alexandro ilə görüşürdüm, çünki bilirdim ki, bütün qərarları məhz o verir. O, mənim komandada qalmağımı tələb edirdi. Lakin Çempionlar Liqasında PSJ klubuna qarşı məğlubiyyətdən sonra Alexandro mənə zəng etdi və dedi ki, rəhbərlik mənim gələcəyimdən əmin deyil. Laporta yenə mənə yalan danışdı. O, dedi ki, “Barselona”nı mənsiz görmür. Mənim istədiyim tək şey heyətin dəyişdirilməsi idi. Sonra Eçevarriya ortaya çıxıb dedi ki, mənim məşqçi heyətim fəlakətdir, fiziki hazırlıq isə effektiv deyil. Bundan sonra mən gedişimi rəsmiləşdirdim”.
Xatırladaq ki, Xavi 2021–2024-cü illərdə “Barselona”nın baş məşqçisi olub və bu müddətdə komandası ilə La Liqa çempionluğunu və İspaniya Superkubokunu qazanıb.
Namiq HUN
tag: Xavi Hernandez ,Barselona,Klub,Alexandro Eçevarriya,Todaypress.tv,
