Xaqan Əhməd Avropa çempionu oldu

Xaqan Əhməd Avropa çempionu oldu
08.11.2025 09:30 İdman

Azərbaycanlı şahmatçı Xaqan Əhməd Monteneqroda keçirilən Avropa Gənclər Çempionatının qalibi olub.

TodayPress TV xəbər verir ki, o, 14 yaşadək şahmatçılarin Budva turnirində 9 turda 7,5 xal toplayaraq Avropa çempionu titulunu qazanıb. 

Xaqan Əhmədlə yanaşı, millimizin daha iki üzvü Avropa Gənclər Çempionatının mükafatçıları sırasında yer alıb.

10 yaşadək qızlar arasında Mehriban Əhmədli 7,5 xal toplayaraq gümüş medala sahib çıxıb. Məryəm Ağaverdiyeva isə 16 yaşadək şahmatçılar arasında 7 xalla üçüncü yeri tutub.

Namiq HUN

TodayPress TV 

FOTOLAR

Xaqan Əhməd Avropa çempionu oldu — 1
Xaqan Əhməd Avropa çempionu oldu — 2
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər