Xames Rodriges “Qızıl top”un gələcək sahibini açıqladı!
Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriges komanda yoldaşı, “Bavariya” klubunun vingeri Luis Diasın 2026-cı il “Qızıl top” mükafatını qazana biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
Təcrübəli futbolçunun fikrincə, Dias hazırda dünyanın ən yaxşı oyunçularından biridir və dünya çempionatında uğurlu çıxış edəcəyi təqdirdə fərdi mükafata sahib ola bilər.
“Luis Dias “Qızıl top”un əsas namizədlərindən biridir. Niyə də olmasın? Mənim fikrimcə, o, artıq dünyanın ən yaxşı beş futbolçusu sırasındadır. Əgər Kolumbiya millisi dünya çempionatının finalına yüksəlsə, Dias “Qızıl top”u qazana bilər”, – deyə Rodriges bildirib.
Qeyd edək ki, Luis Dias başa çatan mövsümdə klub səviyyəsində 51 oyunda meydana çıxıb. O, bu matçlarda 26 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN