“Vulverhempton” Edvardsla anlaşdı
“Vulverhempton” klubunun yeni baş məşqçisi açıqlanıb.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisini Rob Edvards çalışdıracaq.
Uelsli mütəxəssislə 4 illik müqavilə imzalanıb. “Canavarlar” məşqçi üçün onun son iş yeri olan “Midlsbro” klubuna 3 milyon funt-sterlinq təzminat ödəyiblər.
Rob Edvards “Vulverhempton”un baş məşqçi postunda bir neçə gün əvvəl istefaya göndərilən Vitor Pereyranı əvəz edib.
Namiq HUN