“Volfsburq” baş məşqçisini qovdu
Almaniyanın “Volfsburq” klubu baş məşqçi Paul Simonisin komandadan ayrıldığını elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “canavarlar” son üç matçda, o cümlədən Almaniya kubokunda məğlub olublar . 10 turdan sonra komanda Bundesliqada 14-cü pillədə qərarlaşıb.
Simonis “Volfsburq”u ötən ilin yayından çalışdırırdı. Niderlandlı mütəxəssis buna qədər “Qou Ehed İqls” klubunda işləyib.
“Volfsburq”la müvəqqəti baş məşqçi kimi Daniel Bauer təyin olunub.O, indiyə qədər klubun gənclər komandasında çalışıb. Bauer baş məşqçi postunda ilk oyununu noyabrın 22-də Leverkuzenin “Bayer 04” klubuna qarşı keçirəcək.
Namiq HUN