Voleybolçularımız Yunanıstanla qarşılaşacaq

Voleybolçularımız Yunanıstanla qarşılaşacaq
06.06.2026 12:24 İdman

Bu gün Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Gümüş Avropa Liqasında mübarizəyə start verəcək.

TodayPress TV xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda İsveçdə Yunanıstan yığması ilə qarşılaşacaq.

Görüş Lund şəhərində, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər