Voleybol millilərimizin qrup mərhələsi rəqibləri açıqlandı

İdman

12.12.2025 16:54

Azərbaycanın kişi və qadınlardan ibarət voleybol millilərinin Avropa Liqasında (CEV Volleyball European League 2026) rəqibləri məlum olub.

TodayPress TV xəbər verir ki, qrup mərhələsində yığmalarımızın rəqibləri CEV-in mövcud reytinqi əsasında müəyyənləşib.

Qadınlardan ibarət yığma komandamız İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya, İsrail və İsveçrə ilə qarşılaşacaq.

Kişilərdən ibarət seçmə isə Milli Avropa Liqasının qrup mərhələsində Yunanıstan, İsveç, Rumıniya, İspaniya, Portuqaliya və Macarıstan komandaları ilə görüşəcək.

Reqlamentə əsasən, yarışda 24 qadın və 27 kişi komandası iştirak edir. Turnir cədvəli üzrə ilk 6 komanda (yarımfinal və final oyunlarının ev sahibi əvvəlcədən müəyyən olunacağı halda) və ya ilk 4 yığma növbəti mərhələyə vəsiqə qazanacaq.

Yekunda 1-4 yerləri tutacaq komandalar 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə əldə edəcəklər. Turnir, həmçinin Avropa çempionatına təsnifat xarakteri daşıyır və iştirakçılara reytinq xalları qazandıracaq.

Namiq HUN

TodayPress TV

tag: Voleybol,Milli,Rəqib,Siyahı,Todaypress.tv,