Vinisiusdan səmimi paylaşım

Vinisiusdan səmimi paylaşım
29.10.2025 17:05 İdman

Madrid “Real”ının hücumçusu Vinisius Junior “El-Klassiko”da əvəzlənməsinə verdiyi emosional reaksiyaya görə üzr istəyib. 

TodayPress TV xəbər verir ki, braziliyalı futbolçu La Liqanın X turunda “Barselona” ilə oyunun 72-ci dəqiqəsində meydanı tərk edib.

Vinisius bu barədə sosial şəbəkədə yazıb:

“Bu gün ‘El Klassiko’dakı əvəzlənməmə verdiyim reaksiyaya görə bütün madridlilərdən üzr istəyirəm. Bu səhər məşq zamanı komanda yoldaşlarımdan, klubdan və prezidentdən şəxsən üzr istədim, amma bunu bir daha ictimai şəkildə də demək istəyirəm. Bəzən hisslər üstün gəlir, çünki mən hər zaman qalib gəlmək və komandama kömək etmək istəyirəm.

Mənim yarış ruhum bu klub və onun dəyərlərinə olan sevgimdən qaynaqlanır. Söz verirəm ki, “Real” üçün hər saniyə sonadək mübarizə aparmağa davam edəcəyəm, necə ki, bunu klubdakı ilk günümdən etibarən etmişəm”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər