Vinisius qalmaqalı dünyanı silkələdi – FIFA hərəkətə keçir!
İdman
21.02.2026 09:40
FIFA nəzdində fəaliyyət göstərən “Oyunçuların səsi” qrupunun üzvü, sabiq müdafiəçi Mikael Silvestr “Real Madrid”in vingeri Vinisius Junior və “Benfika”nın futbolçusu Canluki Prestianni arasında baş vermiş irqçi insidentlə bağlı danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə Sky Sports nəşri məlumat yayıb.
O bildirib ki, qurum oyun zamanı təhqiramiz ifadələri gizlətmək məqsədilə ağzını əli ilə bağlayan futbolçulara qarşı sanksiyaların tətbiqi variantlarını nəzərdən keçirir.
Silvestrin sözlərinə görə, komanda yoldaşları arasında taktiki danışıqla təhqiramiz ifadələr arasında aydın sərhəd qoyulmalıdır. O, meydanda hansı hərəkətlərin məqbul, hansılarının isə yolverilməz olduğunu müəyyənləşdirmək üçün hakimlərlə dialoqun vacibliyini vurğulayıb.
Namiq HUN
tag: FİFA,Vinisius ,Mikael Silvestr,Real Madrid,Benfika,Todaypress.tv,
