Vilnöv Norrisi müdafiə etdi

Vilnöv Norrisi müdafiə etdi
03.11.2025 16:43 İdman

Dünya çempionu, kanadalı Jak Vilnöv “McLaren” pilotu Lando Norrisi tərifləyib. 

TodayPress TV Sky Sports-a istinadən xəbər verir ki, o, “Formula-1” üzrə dünya çempionatının lideri olan Norrisin səhvlərini etiraf etməsinin zəiflik deyil, əksinə, inkişafın göstəricisi olduğunu bildirib. 

“Biz çox vaxt pilotun əhvalını xaricdən gördüklərimizə görə qiymətləndiririk. Amma bu, onun iç dünyasında da eyni cür olduğunu göstərmir. Lando həmişə səhvləri barədə açıq danışıb. Hətta bəzən səhv onun olmasa belə, məsuliyyəti öz üzərinə götürüb. Buna görə də çoxları onu zəif və ruhdan düşmüş hesab edirdi. Mən isə əksinə düşünürəm: səhvini etiraf etmək, məsuliyyəti açıq şəkildə üzərinə götürmək - bu, inkişafın yoludur. Yalnız öz səhvlərini, hətta birbaşa məsul olmadığın səhvləri belə qəbul etməklə daha yaxşı ola bilərsən,” – deyə Vilnöv fikirlərini bölüşüb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər