Veteran cüdoçular daha iki bürünc medal qazandılar
İdman
05.11.2025 10:26
Fransada cüdo üzrə veteranlar arasında dünya çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, Paris turnirində millimizin medal sayı 3-ə çatıb.
M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kq) bürünc medal qazanıblar. Cüdoçularımız üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq fransalı Erik Şillevaerti və Sedrik Deguzeni məğlub ediblər.
Xatırladaq ki, ilk yarış günündə Qurban Məmmədli də (M2, +100 kq) bürünc medala layiq görülüb.
Namiq HUN
tag: Fransa,Cüdo,Paris,Medal,Todaypress.tv,
