Üzgüçülük üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Üzgüçülük üzrə Dünya Kuboku Bakıda keçiriləcək
19.11.2025 16:42 İdman

Azərbaycan üzgüçülük üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

TodayPress TV xəbər verir ki, mötəbər yarış 2026-cı ilin oktyabr ayında Bakı Su İdmanı Sarayında keçiriləcək.

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm 2026-cı ilin 1-3 oktyabr tarixlərində üzgüçülük üzrə “Silk Way” Dünya Kubokunun Bakıda keçiriləcəyinə dair müqavilə imzalayıblar. Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Qeyd edək ki, “Silk Way” Dünya Kubokunun ilk mərhələsi Bakı Su İdmanı Sarayında baş tutacaq. Digər mərhələlər Özbəkistanda (Daşkənd, 8-10 oktyabr) və Qazaxıstanda (Astana, 15-17 oktyabr) keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər