Usman Nurməhəmmədovun cəzası dəyişdi: Həbsdən azad edildi
PFL çempionu, rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədov və komandası Birləşmiş Ərəb Əmirliklərində həbsdən azad edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Əbu-Dabi məhkəməsinin mətbuat xidməti sosial şəbəkə hesablarında məlumat yayıb.
“Lovin Dubai” nəşrinin məlumatına görə, məhkumların hər biri üçün nəzərdə tutulan cərimənin məbləği də azaldılıb. Belə ki, cərimə 300 min dirhəmdən 150 min dirhəmə endirilib.
Qərar tərəflərin barışığa gəlməsindən və zərərçəkənlərin məhkumların azadlığa buraxılması ilə bağlı müraciətindən sonra qəbul edilib.
Xatırladaq ki, noyabrın 11-də Əbu-Dabidə Usman Nurməhəmmədov komanda yoldaşları ilə birlikdə UFC-nin sabiq çempionu, gürcüstanlı Merab Dvalişvili ilə dava edib. Hadisədən sonra insidentin bütün iştirakçıları saxlanılıb.
Daha sonra Nurməhəmmədovun 6 ay müddətinə azadlıqdan məhrum edildiyi və 300 min dirhəm cərimələndiyi məlum olub.
Namiq HUN