“US Open”də prinsipial final: İkiqat çempion titulunu qoruya biləcəkmi?

“US Open”də prinsipial final: İkiqat çempion titulunu qoruya biləcəkmi?
11.09.2026 09:51 İdman

Dünyanın bir nömrəli raketkası Arina Sobolenko və WTA reytinqində ikinci pillədə qərarlaşan Yelena Rıbakina “US Open - 2026”nın finalında yalnız çempionluq titulu uğrunda deyil, həm də şəxsi görüşlərdəki üstünlük üçün mübarizə aparacaqlar.

TodayPress TV “Championat”a istinadən xəbər verir ki, həlledici qarşılaşma ərəfəsində ümumi üstünlük belaruslu tennisçinin tərəfindədir.

Sobolenko Rıbakina ilə keçirdiyi 17 matçın 10-da qalib gəlib. Hard kortda isə rəqiblər hərəyə 7 dəfə zəfər qazanaraq bərabərlik nümayiş etdiriblər. 

Cari mövsümdə tennisçilər artıq “Australian Open - 2026”nın finalında üz-üzə gəliblər və həmin görüşdə Rıbakina 6:4, 4:6, 6:4 hesabı ilə üstün olub. Lakin daha sonra Sobolenko İndian-Uells və Mayamidə keçirilən “WTA-1000” turnirlərində revanş almağı bacarıb. 

Belaruslu və qazaxıstanlı tennisçilər “US Open” çərçivəsində ilk dəfə qarşılaşacaqlar. Qeyd edək ki, Sobolenko bu turnirə ikiqat son çempion statusunda yollanır.

Qadınlar arasında “US Open - 2026”nın həlledici final matçı sentyabrın 12-də baş tutacaq. 

Namiq HUN

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər