Uqarte “Qırmızı şeytanlarda” uzunmüddətli gələcəyinə inanmır

İdman

04.01.2026 13:58

“Mançester Yunayted” bu qış Manuel Uqarteni “Qalatasaray” klubuna icarəyə verməkdən imtina edib. 

TodayPress TV xəbər verir ki, bu barədə TEAMtalk məlumat yayıb.

Türkiyə nəhəngi “qırmızı şeytanlara” bu transfer üçün təxminən 15 milyon funt (17,2 milyon avro) təklif edib. 

Mənbə qeyd edir ki, mankuniyalılar 24 yaşlı futbolçunun satışını yanvarda nəzərdən keçirə bilər. Bunun üçün “Qalatasaray”ın təxminən 45 milyon funt (51,7 milyon avro) təklif etməsi gərəkir.

Uqarte özü “Mançester Yunayted”də uzunmüddətli gələcəyinə inanmır. Keçən həftə Türkiyə klubu portuqaliyalı yarımmüdafiəçi ilə danışıqlar aparıb.

Cari mövsümdə Uqarte bütün turnirlərdə 12 oyuna çıxıb. O, görüşlərdə məhsuldar hər hansı göstərici ilə yadda qalmayıb. Onun komandası ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Namiq HUN

TodayPress TV

tag: Manuel Uqarte,Mançester Yunayted,Klub,Transfer,Todaypress.tv,