Ulduzun taleyi sual altında: qərar fiziki hazırlıqdan asılıdır
İdman
15.04.2026 10:36
Karlo Ançelotti Braziliya millisində Neymarın taleyi ilə bağlı maraqlı açıqlama ilə gündəmə gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Bildirilib ki, təcrübəli mütəxəssis bu məsələni Braziliya prezidenti Luis Inasio Lula da Silva ilə müzakirə edib. Ölkə başçısı deyib ki, Neymar fiziki cəhətdən hazır olarsa və optimal formaya düşərsə, milli komandaya dəvət olunmalıdır.
Ançelottinin sözlərinə əsasən, o, yalnız tam hazır futbolçuları Dünya çempionatı üçün heyətə daxil edəcək. Braziliya millisinin 26 futbolçudan ibarət yekun siyahısının 18 may tarixində açıqlanması gözlənilir.
Qeyd edək ki, mundial 11 iyun – 19 iyul tarixlərində Meksika, Kanada və ABŞ-də keçiriləcək.
Hazırda “Santos” klubunda çıxış edən Neymar Braziliya millisinin tarixində ən yaxşı bombardirdir. onun aktivində 79 qol var.
Namiq HUN
tag: Karlo Ançelotti,Braziliya,Neymar,Müzakirə,Todaypress.tv,
