Ulduz qapıçılar bir arada: İlin ən yaxşısı adına 10 namizəd!
Portuqaliyanın “Portu” klubunun çərçivəqoruyucusu Dioqu Koşta 2026-cı ilin ən yaxşı qapıçısı adına namizədlər siyahısına daxil edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Globe Soccer Awards” mükafatının təşkilatçıları məlumat yayıb.
“Ən yaxşı qapıçı – 2026” nominasiyası üzrə yekun siyahıda 10 futbolçu yer alıb.
Dioqu Koşta (“Portu” / Portuqaliya millisi);
Tibo Kurtua (“Real” / Belçika millisi);
Canluici Donnarumma (“Mançester Siti” / İtaliya millisi);
Xoan Qarsiya (“Barselona” / İspaniya millisi);
Qreqor Kobel (“Borussiya” Dortmund / İsveçrə millisi);
Mayk Menyan (“Milan” / Fransa millisi);
Emiliano Martines (“Çelsi” / Argentina millisi);
David Raya (“Arsenal” / İspaniya millisi);
Matvey Safonov (PSJ / Rusiya millisi);
Unay Simon (“Atletik” Bilbao / İspaniya millisi).
Namiq HUN