Ulduz hücumçudan açıq mesaj
İdman
04.12.2025 09:56
“Santos” klubunun hücumçusu Neymar müqaviləsinin müddətinin başa çatması fonunda gələcəyi barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Neymar müqaviləsinin ilin sonunda bitməsinə baxmayaraq “Santos”da qalmağa üstünlük verdiyini bildirib.
“Prioritetim hər zaman ‘Santos’a məxsus olub”, - Neymar deyib.
Xatırladaq ki, Braziliya çempionatının XXXVII turunda “balıqlar”ın “Juventude” üzərində 3:0 hesablı qələbəsində 33 yaşlı braziliyalı hücumçu het-triklə adından söz etdirib.
Qeyd edək ki, cari mövsümdə Neymar “Santos”un heyətində bütün turnirlərdə 29 matçda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun klubla olan anlaşması 31 dekabr 2025-ci ilədək qüvvədədir.
Namiq HUN
tag: Neymar,Santos,Klub,Karyera,Todaypress.tv,
