Ulduz futbolçu yenə “yox” dedi: Fernandeş klubun təklifini rədd etdi!

Ulduz futbolçu yenə “yox” dedi: Fernandeş klubun təklifini rədd etdi!
13.11.2026 09:35 İdman

“Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeş klubun müqavilənin müddətinin uzadılması ilə bağlı ikinci təklifindən də imtina edib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Tərəflər arasında danışıqlar yay aylarından etibarən davam etsə də, hələlik ortaq məxrəcə gəlmək mümkün olmayıb.

32 yaşlı portuqaliyalı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bununla belə, Mançester təmsilçisinin anlaşmanı avtomatik olaraq daha bir mövsüm uzatmaq hüququ var.

Qeyd edək ki, Brunu Fernandeş 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, cari mövsümdə İngiltərə Premyer Liqasında 9 oyunda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər