Ulduz futbolçu Ağ Evə dəvət aldı
ABŞ prezidenti Donald Tramp bu gün portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo ilə görüşəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.
Bildirilir ki, görüş ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatı ilə bağlıdır. Həmçinin ABŞ və Portuqaliya millilərinin mundialdan əvvəl yoldaşlıq görüşü keçirməsi də müzakirə olunacaq.
Namiq HUN