“Uğursuzlar qrupu” – Mourinyodan “Tottenhem”ə ağır sözlər

İdman

13.04.2026 11:02

Portuqaliyalı məşqçi Joze Mourinyo sabiq klubu “Tottenhem” haqqında sərt fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Blessing” X sosial şəbəkəsində məlumat yayıb. 

Mourinyo London təmsilçisinin hazırkı problemlərini rəhbərliyin səhv qərarları ilə əlaqələndirib.

“Tottenhemdən nə gözləyirsiniz? Finala çıxan məşqçiləri, hətta Avropa kuboku qazananı belə qovurlar. Bu klubda heç vaxt böyük klub mentaliteti olmayıb – sadəcə qalib kimi görünən uğursuzlar qrupudur.

Daim məşqçi dəyişərək sabitlik gözləmək mümkün deyil. Klub tarixinin ən vacib oyunlarından birinə günlər qalmış məşqçini qovmaq, sonra isə nəticələrə təəccüblənmək? Problemin kökü artıq məşqçilərdə deyil, mövcud mühit və rəhbərliyin qərarlarındadır. Xarakter olmadan istedad heç nədir. “Tottenhem”də isə nə biri var, nə də digəri”, – deyə o bildirib.

Xatırladaq ki, Mourinyo təxminən beş il əvvəl “Tottenhem”dən İngiltərə Liqa Kuboku finalına bir neçə gün qalmış istefaya göndərilmişdi. Həmin oyunda “mahmızlar” “Mançester Siti”yə 0:1 hesabı ilə uduzmuşdu.

Hazırda “Tottenhem” İngiltərə Premyer Liqasında aşağı sıralarda qərarlaşıb və düşmə zonasında yer alır.

Namiq HUN

TodayPress TV

tag: Tottenhem,Joze Mourinyo,Futbol,Klub,Todaypress.tv,