UFC çempionları arasında söz savaşı böyüyür

UFC çempionları arasında söz savaşı böyüyür
10.06.2026 12:23 İdman

UFC çempionları - Qeyci və Topuriya canlı efirdə söz atışmasına çıxıblar.

TodayPress TV xəbər verir ki, UFC-nin yüngül çəkidə çempionu İliya Topuriya və müvəqqəti çempion Castin Qeyci “Pat McAfee Show” proqramında bir-birlərinə sərt sözlər ünvanlayıblar.

Qeyci bildirib ki, döyüş həftəsində emosiyalar yüksəlir və idmançılar deyilən sözləri şəxsi qəbul edə bilirlər:

“Şəxsi heç nə deməmişəm. Döyüş həftəsində çox emosional oluruq və hər şeyi öz üzərimizə götürürük”.

Topuriya isə cavabında rəqibinə qarşı şəxsi münasibətinin olmadığını vurğulayıb:

“Məndə sənə qarşı şəxsi heç nə yoxdur, narahat olma”.

Daha sonra Qeyci Topuriyanın döyüşlərin nəticəsini əvvəlcədən dəqiq proqnozlaşdırmasını tənqid edib:

“Mən də oturub gələcəyi gördüyümü deyə bilərəm. Məsələn, ikinci raundun 2 dəqiqə 10-cu saniyəsində onu nokaut edəcəyimi söyləyə bilərəm. Amma bu idmanda işlər belə getmir”.

Topuriya isə özünəinamlı açıqlaması ilə diqqət çəkib:

“Məncə, aramızdakı əsas fərq odur ki, sən mənə zərər verməyə çalışacaqsan, amma mən bunu edəcəyəm. Sən cəhd edəcəksən, mən isə həyata keçirəcəyəm. Böyük fərq də bundadır. Mən sadəcə cəhd etməyəcəyəm, edəcəyəm. Səni ilk raundda yatızdıracağam. Göz qırpmayın, hər şey çox sürətli baş verəcək”.

Buna cavab olaraq Qeyci rəqibini narsisizmdə ittiham edib və onun öz dediklərinə həddindən artıq inandığını bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər