UFC 328 gecəsinin ardından revanş həyəcanı başladı
UFC-nin orta çəki dərəcəsində keçmiş çempionu Hamzat Çimayev amerikalı yeni çempion Şon Striklendə müraciət edərək revanş anonsu verib.
TodayPress TV xəbər verir ki, UFC 328 turnirinin əsas döyüşündə Şon Striklend Hamzat Çimayevi məğlub edib.
Turnir ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərində keçirilib.
Döyüşdən sonra Çimayev sosial şəbəkə hesabında paylaşım edərək Striklendə səslənib:
“Hazır olanda xəbər et, Şon Striklend”, – deyə o yazıb.
Qeyd edək ki, bu məğlubiyyət Hamzat Çimayevin peşəkar MMA karyerasında ilk olub. Onun aktivində 15 qələbə, 1 məğlubiyyət var. Qələbələrinin 12-si vaxtından əvvəl başa çatıb.
Namiq HUN