UEFA-dan sərt qərar: Barselonaya “yox” cavabı
İdman
14.04.2026 16:56
UEFA "Barselona" klubunun “Atletiko Madrid” ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunundakı hakimliklə bağlı şikayətini rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Mübahisəli epizod matçın 54-cü dəqiqəsində baş verib. “Atletiko”nun müdafiəçisi Mark Pubil qapıçı Xuan Mussonun ötürməsindən sonra cərimə meydançasında topa əllə toxunub. Lakin baş hakim İştvan Kovaç bu epizodda penalti təyin etməyib və bu qərar Kataloniya təmsilçisinin narazılığına səbəb olub.
Oyun başa çatdıqdan sonra “Barselona” UEFA-ya rəsmi etiraz göndərib. Lakin qurumun Nəzarət, Etika və İntizam Komitəsi 13 aprel 2026-cı il tarixində bu şikayəti qəbuledilməz hesab edib.
Xatırladaq ki, qarşılaşma Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Komandalar arasında cavab oyunu bu gün, 14 aprel tarixində Madriddə yerləşən “Sivitas Metropolitano” stadionunda keçiriləcək.
Namiq HUN
tag: UEFA,Barselona,Atletiko Madrid,Çempionlar Liqası,Todaypress.tv,
