UEFA-dan “Qarabağ”a ÇL matçından sonra intizam cəzası

UEFA-dan “Qarabağ”a ÇL matçından sonra intizam cəzası
21.02.2026 10:48 İdman

UEFA VII tur çərçivəsində “Ayntraxt Frankfurt”la (3:2) keçirilmiş  Çempionlar Liqası (ÇL) matçından sonra “Qarabağ”a intizam cəzası tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

İntizam Komitəsi “Qarabağ”ı idman tədbirinə uyğun olmayan mesaj ötürdüyünə və UEFA-nın nüfuzuna xələl gətirdiyinə görə 17,5 min avro məbləğində cərimələyib.

Klub həmçinin bilet nəzarəti qaydalarını pozmaqda ittiham olunub. Bu qayda pozuntusuna görə Azərbaycan çempionuna rəsmi xəbərdarlıq edilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər