UEFA Çempionlar Liqasında gecənin qalibləri bəlli oldu

UEFA Çempionlar Liqasında gecənin qalibləri bəlli oldu
10.09.2026 01:12 İdman

UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları keçirilib.

TodayPress TV xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub.

Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olub.

Günün maraqla gözlənilən görüşlərindən biri İngiltərədə baş tutub. "Liverpul" doğma azarkeşləri önündə İspaniyanın "Atletiko" komandası ilə üz-üzə gəlib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

9 sentyabr

"Barselona" (İspaniya) - "Feyenoord" (Niderland) 5:1

"Ştutqart" (Almaniya) - "Vikinq" (Norveç) 3:1

"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) 2:1

"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) 0:1

PSJ (Fransa) - "Slovan" (Slovakiya) 6:1

"Sportinq" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə) 3:1

***

UEFA Çempionlar Liqasında 2026-2027 mövsümünün ilk turunun oyunları davam edir.

TodayPress TV xəbər verir ki, Liqa mərhələsinin birinci turu çərçivəsində “Barselona” (İspaniya) “Feyenoord”la (Niderland), “Ştutqart” (Almaniya) isə “Vikinq”lə (Norveç) üz-üzə gəlib.

“Barselona” – “Feyenoord” matçında katalonlar 5:1 hesabı ilə qalib gəliblər. İspaniya təmsilçisinə qələbə qazandıran qolları Rafinya (3 və 57-ci dəqiqələr), Kərim Adeyemi (22), Lamin Yamal (77) və Qabriel Jezus (85) vurublar. Niderland klubunun təsəlli qolunun müəllifi isə Sem Steyn (82) olub.

“Ştutqart” – “Vikinq” qarşılaşmasında gülən tərəf meydan sahibləri olublar – 3:1. Ermedin Demiroviçin het-triki (20, 26 və 32-ci dəqiqələr) Almaniya təmsilçisinə üç xal qazandırıb. Qonaqlardan isə Zlatko Tripiç (22) fərqlənib.

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər